AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cənubi Xəzər çökəkliyinin əmələ gəlməsinə dair yeni fərziyyə
Noy 27, 2019 | 11:48 / Konfranslar, iclaslar
Oxunub 132 dəfə

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev “Meteoritlər, Cənubi Xəzər hövzəsi və Azərbaycan folkloru” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda meteoritlər, onların Günəş sistemində mövqeyi, Yerə düşməsinin səbəbləri, meteorit kraterləri və astroblemlər, meteoritin növləri, Azərbaycan ərazisinə düşmüş meteoritlər və "yalançı" meteoritlər haqqında ümumi məlumat verilib. Məruzəçi qeyd edib ki, çıxışını  tədqiqat işlərində multidissiplinar yanaşmanın təşviqi, bu sahədə elmi araşdırmalara  dəstək və əhali meteoritlər barədə maarifləndirmək məqsədilə hazırlamışdır.

Müəllif Cənubi Xəzər çökəkliyinin əmələ gəlməsinə dair mövcud konsepsiyalardan fərqli bir fərziyyə irəli sürərək onun meteorit mənşəli, yəni astroblem olması fikrini ortaya qoyur. Qeyd edilir ki, Cənubi Xəzər çökəkliyinin müasir vəziyyəti  Neogen dövründə, daha doğrusu, Pont və Alt Pliosen əsrləri arasında nəhəng bir asteroidin Cənubi Xəzər ərazisinə düşməsi və sonrakı 5 milyon il ərzində baş vermiş tektonik və geomorfoloji proseslər nəticəsində  formalaşıb. Bununla belə, fərziyənin təsdiqi üçün müasir, ciddi tədqiqat işlərinin aparılmasına ehtiyac var.

Tədqiqatçı həmçinin meteoritlər və Azərbaycan folklorunun bəzi janrları arasında mümkün əlaqənin olmasına dair araşdırmalar aparıb və bu istiqamətdə maraqlı nəticələr əldə edib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015