AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika Institutu ilə Dövlət Neft və Sənaye Institutu arasında memorandum imzalanıb
Dek 04, 2019 | 03:32 / Konfranslar, iclaslar
Oxunub 80 dəfə

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye  Universiteti (ADNSU )arasında anlaşma memorandumu   imzalanıb. Sənədi GGİ adından İnstitutun direktoru Akif Əlizadə və ADNSU adından rektor Mustafa Babanlı imzalayıb.

Sənəddə təhsil və elmi müəssisə arasında kadr hazırlığı, geologiya elminin qarşılıqlı maraq doğuran  sahələrində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, bu sahədə hər iki müəssisənin maddi texniki bazasından və kadr potensialından  birgə istifadə, həmçinin baza kafedraların və ya mövcud kafedraların  filiallarının yaradılması, birgə elmi simpozium və konfransların təşkili, müvafiq ixtisas sahələri üzrə müştərək elmi əsərlərin çapı, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması və digər işlər nəzərdə tutulur.

Memorandum 5 il müddətində qüvvədə olacaq.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015