AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də iqlim göstəricilərinin təyini müzakirə edilib
Dek 04, 2019 | 10:23 / Konfranslar, iclaslar
Oxunub 116 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının  növbəti iclasında Paleocoğrafiya şöbəsinin dissertantı Eldar Muradlının   “Palinoloji və mineraloji məlumatlar əsasında iqlimin  kəmiyyət və  keyfiyyət göstəricilərinin   təyini”  mövzusunda məruzəsi dinlənilib. 

Məruzəçi apardığı tədqiqat işində informasiya-statistik üsulla paleoiqlimin kəmiyyət (orta illik, yanvar və iyul temperaturları, yağıntıların orta illik miqdarı) və keyfiyyət (isti, soyuq, rütubətli, quraq və s.) göstəricilərinin rekonstruksiyası və iqlim parametrlərinin dəyişməsinin dinamikasını təyin edib.  Azərbaycanda litoloji (dağ süxurlarının maddi tərkibi) və paleobotanik məlumatlar əsasında iqlim dəyişmələrinin və təbii mühitin ümumi qanunauyğunluqlarını aşkar edib. Həmçinin müxtəlif üsullarla paleoiqlimin təyin edilməsi zamanı müəyyən edilib ki, ümumi qanunauyğunluqlar daha çox iyul ayında özünü göstərib.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015