AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Aralıq dənizi qurşağinin Xəzər-Qafqaz seqmentininn tədqiqinə həsr edilmiş monoqrafiya çapdan çıxıb
Dek 05, 2019 | 03:48 / Yeni nəşrlər
Oxunub 102 dəfə

Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, g-.m.e.d. , Rusiya Mineroloji  Cəmiyyəti və Qafqaz mineral sərvətləri ETİ ekspert komissiyasının üzvü Muxtar Rüstəmovun  “Aralıq dənizi qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geodinamikası və maqmatizmi”  (rus dilində) adlı monoqrafiyası “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.

Bu nəşr Fanerozoy dövrünün 500 mln. illik tarixində Xəzər-Qafqaz seqmentində geodinamika və maqmatizm prosseslərinin qarşılıqlı əlaqəsinə və təkamülünə həsr olunmuş yeganə monoqrafiyadır. Litosfer plitələr nəzəriyyəsinə uyğun olaraq keçən əsrin sonlarından başlayaraq geodinamika sahəsi müasir geologiya elmində ən mürəkkəb, vacib və mütərəqqi elmi istiqaməti təşkil edir. Elmi mürəkəblik ondan irəli gəlir ki, geodinamik prosseslərin aşkar olunması və araşdırılması geologiya elminin tamamilə bütün sahələrinə söykənməklə yanaşı mexanika və tektonofizika sahələrində də istifadə olunması tövsiyə edilir. Digər tərəfdən monoqrafiyada geodinamika və maqmatizm prosseslərində qarşılıqlı əlaqənin aşkar olunması nəticəsində müxtəlif petrokimyəvi seriyalı effuziv və intruziv komplekslərin zaman və məkan daxilində təzahürlərinin qanunauyğunluğu izah olunur.

Çoxşaxəli məlumatların təhlili və araşdırılmasından aydın olur ki, Cənub Xəzər meqaçökəkliyində spredinqlə əlaqədar okean qatı mezokainezoyda heç bir vaxt yaranmayıb. Geofiziki parametirlərinə görə bazalt qatına uyğun konsolidasiya məruz qalmış təbaşir yaşlı riftogen subqələvi bazalt vulkanizmin lava-piroklastik örtüklərinin bəzən orbitolinli əhəngdaşları ilə növbələşməsindən təşkil olunub.

Fərəhli haldır ki, fundamental əsərin IX - son fəsli geodinamika və maqmatizmin qarşılıqlı əlaqədə hərtərəfli tədqiqatının elmi-tətbiqi əhəmiyyətinə həsr edilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015