AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ ilə Gisen Universiteti arasında əməkdaşlıq Memorandumu İmzalanib
Dek 06, 2019 | 03:25 / Konfranslar, iclaslar
Oxunub 102 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə Almaniyanın Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamenti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumda hər iki qurum arasında birgə tədqiqat fəaliyyəti, tədris və tədqiqatla bağlı doktorant və tələbələrin mübadiləsi, elmi nəşrlər və məlumatların, eləcə də tədqiqat, mühazirə və müzakirələr üzrə heyət üzvlərinin mübadiləsi nəzərdə tutulur.

Sənədi Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamentinin rəhbəri Prof. Dr. Andreas Dittmann imzalayıblar.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015