AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Yağıntı rejiminin dəyişmələri haqqında məruzə dinlənilib
Dek 11, 2019 | 10:31 / Konfranslar, iclaslar
Oxunub 96 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru  Səid Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda geniş  təqdimatla çıxış edib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən  yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperaturun artmasının  daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə çoxalmasını diqqətə çatdırıb. Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s. ilə izah edib. Bildirilib ki, payız-qış aylarında yağıntıların kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına,  avtomobil yollarının vaxtından əvvəl dağılmasına,  ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına  və s. bir sıra problemlərin yaranmasına səbəb olur.

S.Seyidov son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının  və eyni zamanda  intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb.  Alim onu da xüsusi olaraq qeyd edib ki, bununla əlaqədar Bakı şəhərində aparılan tikinti və o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015