AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir
Dek 17, 2019 | 09:49 / Yubileylər
Oxunub 67 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın böyük şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan”  adlı tədbir keçirilib. 

Tədbiri Coğrafiya və Fəlsəfə İnstitutları Qadınlar Şuraları ilə birgə təşkil ediblər.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov giriş sözü ilə açaraq böyük Azərbaycan şairi İmaməddin Nəsiminin şərq ədəbiyyatı tarixində tutduğu movqeyindən, yazdığı əsərlərin əhəmiyyətindən ətraflı söhbət açıb. O, Nəsimi yaradıcılığının uzun illərdən bəri ədəbi fikrin diqqət mərkəzində olduğunu, onun kimi dahi mütəfəkkirin qiymətini məhz elm adamlarının verə biləcəyini xüsusilə vurğulayıb.

Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri Luiza Salayeva çıxışında Ulu öndər Heydər Əliyevin Nəsimi irsinin araşdırılmasındakı və onun geniş xalq kütlələrinə daha dərindən tanıdılması sahəsindəki  xidmətlərindən danışıb.

Sonra Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əli İbrahimov  “Nəsimi poeziyasında kamil insan məfhumuna fəlsəfi baxış” mövzusunda məruzə ilə çııxış edib.

Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları, Fəlsəfə İnstitutunun aparıcı elmi işçi, s.e.f.d. Məmmədağa Sərdarov İmadəddin Nəsiminin həyatından, ölməz poeziyasından, fəlsəfi fikirlərindən söz açıblar.

Sonda şairin həyat və yaradıcılığı haqqında Coğrafiya İnstitutu İctimai əlaqələr şöbəsinin əməkdaşları Xanım Rzazadə və Murad İsmayılovun hazırladıqları video çarx nümayiş etdirilib.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015