AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq
Dek 19, 2019 | 09:57 / Maraqlı məlumatlar
Oxunub 150 dəfə

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan  14-ü  Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq. 

Hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var.  Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyası işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra ölkə  ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.

Qeyd edək ki, RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəs

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015