Dek 27, 2019 | 01:52 / Maraqlı məlumatlar
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d. Mirnuh İsmayılov və Emil Cəbrayılov Azərbaycan Dövlət Televiziyası çəkiliş qrupunun müşayiəti ilə Mil düzünün Şirinqum təpələri ərazisində çöl-tədqiqat işləri reallaşıb.
Araşdırmalar nəticəsində müəyyən olunmuş yeni səhralaşma ocaqlarında müşahidə və ölçmə işləri aparılıb. Təyin edilib ki, Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə edir. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülüb və coğrafi koordinatlar dəqiqləşdirilib. Ərazidə 20-yə qədər barxan tipli eol relyef forması müşahidə olunub. Tədqiqatlar davam etdirilir.
Aparıcı Orxan Cabbarlının rəhbərliyi ilə çəkiliş qrupunun lentə aldığı kadrlar əsasında veriliş hazırlanıb “Ekoetika” televiziya proqramının növbəti buraxılışında nümayiş etdiriləcək.
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 538-59 76
mob. (050) 630-10-21