AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı qeyd edilib
Dek 28, 2019 | 09:42 / Konfranslar, iclaslar
Oxunub 142 dəfə

H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yığıncaq keçirilib.

İnstitutun direktoru akademik Ramiz Məmmədov bu əlamətdar gün münasibətilə əməkdaşları təbrik edib və dünya azərbaycanlılarının birlik və həmrəyliyindən  söz açıb.  Qeyd edib ki,  bu bayram dünyanın 70-dən çox ölkəsində qeyd olunur. 31 dekabr – həmrəylik  günü dünyanın hər yerində məskunlaşmış 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  təsis edilib. Bu bayramın  qeyd edilməsi dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rola malikdir.

Bayram tədbirində çıxış edən elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov, İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Luiza Salayeva və başqa əməkdaşlar xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək  onlar arasında birlik və həmrəylik yaratmağa xidmət etdiyini diqqətə çatdırıblar.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015