AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı dinlənilib
Dek 28, 2019 | 09:49 / Konfranslar, iclaslar
Oxunub 132 dəfə

Akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  İctimaiyyətlə əlaqələr şöbəsinin 2019-cu il üçün hesabatı dinlənilib.

Təqdimatla çıxış edən şöbənin rəhbəri Xanım Rzazadə əvvəlcə şöbənin strukturu, fəaliyyət istiqamətləri, 2019-cu ildə görülən işlər, aparılan monitorinqin nəticələri haqqında məlumat verib.  Qeyd edilib ki, şöbə öz fəaliyyətində coğrafiya elminin təbliğinə geniş yer ayırır. Bu istiqamətdə hesabat ilində 150-dən çox press-reliz hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Onların arasında  iqlim dəyişkənliyi, onun insan sağlamlığına  və kənd təsərrüfatına təsiri, torpaqların deqradasiyası, külək elektrik enerjisindən istifadə, Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, İnstitutun keçirdiyi  elmi-praktiki konfranslar və digər tədbirlər, yaşayış məntəqə adlarının dəyişdirilərək erməni adları ilə əvəz olunması, yağıntı rejiminin dəyişmələri, geoarxeologiya və s. kimi mövzular KİV-lərdə daha çox işıqlandırılan xəbərlər sırasındadır. Məruzəçi həmçinin bildirib ki, bu il keçirilən konfranslar barədə 3 divar stendi və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səsli və musiqili 15 dəqiqəlik video çarx hazırlanaraq uyğun tədbirdə nümayiş etdirilib.

Sonra X.Rzazadə  statistik rəqəmlərə toxunaraq xəbərlərin KİV-lərdə yayılması, İnstitut saytına aylar üzrə müraciətlər, saytın “Xəbərlər” bölməsində yerləşən  konfranslar, mühüm hadisələr, tədbirlər, nəşr fəaliyyəti, yubileylər, İnstitut əməkdaşlarının KİV-lərdə çıxışları, xaricdən və ölkəmizdən sayta daxil olmalar, sayt istifadəçilərinin ümumi sayı və yaş həddi və s. haqqında maraqlı məlumatlar verib.

Təqdimat İnstitut fəaliyyətinin cari ildə fotoşəkillərlə nümayişi ilə sona çatıb.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015