AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilib
Dek 30, 2019 | 12:31 / Konfranslar, iclaslar
Oxunub 16 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən RSXM - nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əməkdaşlara təbriklərini çatdıraraq bildirib ki, 2019-cu il RSXM üçün əhəmiyyətli il olmuşdur.

2019-cu ildə mərkəzdə aparılan elmi və elmi-tədqiqat işlərinin nəticələrini müsbət qiymətləndirən baş direktor dekabrın 28-də AMEA-nın Ümumi yığıncağının keçirildiyini xatırladaraq, akademiyanın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşların qarşısında duran vəzifələr və yeni tələblər haqqında da danışıb.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada yaşayan 50 milyonluq soydaşımız tərəfindən geniş şəkildə qeyd olunduğunu vurğulayan Qurban Yetirmişli bu bayramın yaranma tarixindən söz açaraq bu bayramın Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edildiyini xatırladıb.

Baş direktor qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə mərkəz əməkdaşlarına ən xoş arzularını çatdırıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015