RSXM baş direktorunun rəhbərliyi ilə Badamdardakı sürüşmə zonasına baxış keçirilib
Yan 09, 2020 | 02:25 / Mühüm hadisələr
Yan 09, 2020 | 02:25 / Mühüm hadisələr
Oxunub 1427 dəfə
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.
Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.
Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinq aparmışdılar və monitorinqin nəticəsi olaraq ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdı.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi
Əlaqə: 012-4923457
E-mail: vusale-777@mail.ru