AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ alimlərinin ikicildlik monoqrafiyası Moskvada nəşr edilmişdir
Yan 15, 2020 | 10:55 / Yeni nəşrlər
Oxunub 47 dəfə

Alimlərimizin  hazırladıqları “Azərbaycanın məhsuldar qatı” (“Продуктивная толща Азербайджана”) monoqrafiyası Moskvanın “Nedra” Nəşriyyat Evində çapdan çıxmışdır.

İkicildliyin müəllifləri akademiklər Akif Əlizadə,İbrahim Quliyev, Pərviz Məmmədov, Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvləri Elmira Əliyeva və Dadaş Hüseynovdur.

22 fəsildən ibarət monoqrafiyada bir neçə nəsil Azərbaycan geoloqlarının  klassik təsdqiqatlarının nəticələri və yeni informasiyalar, həmçinin AMEA,  Azərbaycan Dövlət Neft Şİrkəti, Azərbaycan  Dövlət Neft Akademiyasının alim və mütəxəssislərinin elmi işlərinin nəticələri əsas götürülmüşdür. Müəlliflər yer qatının tədqiqi üçün çoxsahəli yanaşmalardan istifadə etmiş, geoloqlara, karbohidrogen sahəsində çalışan mütəxəssislərə, alimlərə və tələbələrə fayda verəcək samballı bir əsər ortaya qoymuşlar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kitabxanasında elmi əsərin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə kitabxananın direktoru Səlahət Mahmudova, monoqrafiyanın müəlliflərindən akademiklər Pərviz Məmmədov və Əkbər Feyzullayev,  ADNSU-nun professor-müəllim heyətinin və tələbə kollektivinin nümayəndələri iştirak etmişlər.

Müəlliflər monoqrafiyanın hazırlanması prosesindən, gələcək neftçi nəslinə verəcəyi faydadan danışmış, sualları cavablandırmışlar. Həmçinin məlumat verilmişdir  ki, monorafiyan  Azərbaycan və ingilis versiyası da hazırlanır.  

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015