AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
"SEISMOPROGNOSIS OBSERVATIONS IN THE TERRITORY OF AZERBAIJAN" jurnalinin ikinci nömrəsi çapdan çıxıb
Yan 17, 2020 | 11:26 / Yeni nəşrlər
Oxunub 55 dəfə

Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) jurnalının 2019-cu il üçün ikinci nömrəsi capdan cıxıb. 

Beynəlxalq tələblərə uyğun çap olunan jurnalın 2019-cu ildən  dövriliyi iki dəfəyə qədər artırılıb. Jurnalda məqalələr yerli və xarici mütəxəssislərin rəyi əsasında dərc edilir. İngilis dilində nəşr edilən jurnalın 2019-cu ildəki ikinci buraxılışında Azərbaycan ərazisində seysmoloji, geofiziki, geodinamik sahələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair məqalələr əksini tapıb. 

Qeyd edək ki, Yer elmləri ilə məşğul olan alim və mütəxəssislər, həmçinin doktorantlar və magistrlər  də məqalələrini jurnala təqdim edə bilərlər. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru 

vusalarafiqqizi@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015