AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də iformasiya monitoru fəaliyyətə başlayıb
Yan 27, 2020 | 03:26 / Konfranslar, iclaslar
Oxunub 85 dəfə

Geologiya və Geofizika İnstitutunda (GGİ) informasiya monitoru onlayn qaydada fəaliyyətə başlayıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı xəbərlər, foto lentlər, videosüjet və digər janrlarda hazırlanan materiallar, dünya geologiya və geofizika aləmində baş verən yeniliklər və digər məlumatlar monitorda bütün iş günləri ərzində Azərbaycan və rus dilində əksini tapır.

İnformasiya monitoru fəaliyyətinin ilk həftəsində bu elm ocağında keçirilimiş  ümumrespublika Elmi şurasının iclası, şöbələrdə aparılan tədqiqat işlərinin nəticələri, Təl-Əviv Universitetinin professoru Yuriy Katsın AMEA Yer Elmləri Bölməsinin fəaliyyəti haqqında hazırladığı məqalə, AMEA-nın müxbir üzvü, GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun “Strateji yol xəritəsində əsas məqsəd iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir” məqaləsi, İnstitut əməkdaşlarının xarici ölkələrdə aparacaqları elmi-tədqiqat işləri və digər materiallar təqdim olunub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62

  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015