AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
İnsan coğrafiyasina dair konfransın materialları nəşr edilib
Yan 28, 2020 | 10:57 / Yeni nəşrlər
Oxunub 149 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Rusiya İctimai Coğrafiyaçıları Assosiasiyasının  “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı toplu nəşr olunmuşdur.

Kitabın baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur. Redaksiya heyətinə  coğrafiya üzrə elmlər doktorları H.A.Xəlilov və R.M.Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları M.C.İsmayılov, İ.Ə.Quliyev, dosentlər N.H.Əyyubov, Z.T.İmrani və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Ə.A.Əliyev daxildir.

Kitabda 2018-ci il mayın 10-14-də Bakı şəhərində keçirilmiş Azərbaycan və Rusiya ictimai coğrafiyaçılarının beynəlxalq konfransının materialları toplanmışdır. Konfransda “İctimai coğrafiya” elminin (İnsan coğrafiyası) qarşısında duran vəzifələr, onların hazırda yerinə yetirilməsinin vəziyyəti, elmi tədqiqatların prioritet istiqamətləri, onların həlli yolları müzakirə edilmişdir.

Müzakirə edilən məsələlərə həsr edilmiş toplu elmi işçilər, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı olacaqdır.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015