AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Azərbaycanın geoloji irsi: Naxçıvan diyari” kitabı çapdan çıxıb
Fev 03, 2020 | 10:47 / Yeni nəşrlər
Oxunub 133 dəfə

Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin baş redaktor olduğu “Azərbaycanın geoloji irsi:Naxçıvan diyarı” kitabı çapdan çıxıb.

G.-m.e.d., AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin, Yer e.ü.f.d.  Oktay Rzayevin və GGİ “Geotektonika və regional geologiya” şöbəsinin əməkdaşı  Ziyafət Abadzadənin müəllif olduğu 456 səhifədən ibarət əsərdə Naxçıvan Muxtar Respublikasının ərazisində uzun illər aparılmış geoloji, geomorfoloji və hidrogeoloji elmi tədqiqatların , geoloji planlama, geoloji axtarış və geoloji kəşfiyyat  işlərinin nəticıələri, həmçinin digər uyğun aspektlər işıqlandırılır.

“Geoloji mühitin müasir durumu” və “Tədqiqatlar və tədqiqatçılar” fəsillərindən ibarət kitab Naxçıvan Muxtar Respublikasının geoloji mühiti və onun tədqiqatşıları barədə ümumiləşdirilmiş, lakin konkret məlumat təqdim olunur. Nəşrdə bəhs edilən mövzulara dair çoxsaylı rəngli foto,diaqram və xəritə də yer alıb.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015