AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın 75 illiyi münasibətilə Ümumrespublika Olimpiadası keçiriləcək
Fev 11, 2020 | 10:31 / Maraqlı məlumatlar
Oxunub 113 dəfə

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika  olimpiadası keçirilir.

Bu il may ayının 27-nə kimi  davam edəcək tədbirdən  məqsəd ölkənin  ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmlə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcəkdir. Birinci  mərhələdə onlar təqdim ediləcək 2 mövzunun izahlı cavabından ibarət esseni (Azərbaycan və ya rus dilində, 5 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi-təşkilat Komitəsinin qiymətləndirməsindən sonra final mərhələyə yüksələn essenin müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı cavablandıracaqlar. Ən yüksək bal toplayan tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər.

 Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

III yer – 400 AZN

Müsabiqədə iştirak üçün qeydiyyat mart ayının 20-nə kimi aparılır.                               

 

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015