AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub
Fev 11, 2020 | 04:02 / Yeni nəşrlər
Oxunub 147 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov  təbii-texnogen təhlükələr əsasında  Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlamışlar. Bu, Azərbaycanın çoxparametrli məlumatlar əsasında tərtib edilmiş ilk  iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir. Alimlər tərəfindən Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlıqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.),  səhralaşma  və zəlzələ kimi ekoloji risk yaradan mənbələr  müəyyən edilmişdir.         

Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i  yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

Yeni xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında,  siğorta işlərində vacib  mənbə rolunu oynaya bilər.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

                                                                           

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015