AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Elmi şurada torpaq örtüyünün deqradasiyası barədə məruzə edilib
Fev 18, 2020 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 74 dəfə

AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dos. İsmayıl Quliyev  "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları"  mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya  məruz qoyub.

Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirmiş, cədvəllər,  sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma,  texnogen deqradasiya və  antropogen amillərə görə torpaq deqradasiyasının  qiymətləndilməsi işini aparıb.

Tədqiqatçı torpaq deqradasiyasına qarşı hazırladığı kompleks tədbirlər planını iclas iştirakçılarına təqdim edib.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

 

 

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015