AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də Yer Elmləri sahəsində Ümumrespublika elmi seminarı
Fev 19, 2020 | 02:58 / Konfranslar, iclaslar
Oxunub 70 dəfə

GGİ-də Yer elmləri sahəsində növbəti  Ümumrespublika Elmi seminar  “Ps-mübadilə dalğalarının qəbuledici funksiyalar metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi” (AMEA müxbir üzvü Qurban Yetirmişli, g.-m.e.n. Səbinə Kazımova-AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi) mövzusunda keçirilib.

Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə  seminarı giriş sözü ilə açaraq gündəlikdə duran elmi məsələ barədə məlumat verib.

G.-m.e.n. Səbinə Kazımova “Ps-mübadilə dalğalarının qəbuledici funksiyalar metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi”mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki,  ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmotelemetrik stansiyalarında qeyd olunan uzaq zəlzələlərin dalğa xüsusiyyətlərinin analizi əsasında Ps-mübadilə dalğalarının “Qəbuledici funksiyalar” (receiver functions) metodu ilə Azərbaycan ərazisində Moho sərhədinin dərinliyi dəqiqləşdirilib. Müasir metodlarla aparılan tədqiqatlar göstərib ki,  Moho sərhədinin dərinlik izoxətləri qurulmuş və bu dərinliyin Quba-Qusar bölgəsində 44-47 km, Zaqatala-Balakən bölgəsində 40-43 km, Şamaxı-İsmayıllı bölgəsində 45-48 km, Kür çökəkliyində 38-40 km, Talış bölgəsində 35-42 km, Naxçıvan ərazisində və Qafan struktur zonasında 44-48 km təşkil edir.

Məruzəçi sonra çoxsaylı sualları cavablandırıb.

Sonda məruzə ətrafında  çıxışlar olub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015