AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AZMİU-nun tələbələri RSXM-də təcrübəyə başladılar
Fev 20, 2020 | 04:44 / Konfranslar, iclaslar
Oxunub 59 dəfə

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq  bu ali məktəbin tələbələri Mərkəzdə təcrübəyə başlayıblar. Bununla bağlı AzMİU - nun “Fövqəladə hallar və həyat təhlükəsizliyi” kafedrasının baş müəllimləri, təcrübə qrupunun rəhbərləri – Emil Qafarov və Aytən Əhmədova AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Təhsil müəssisələri ilə elmi təşkilatlar arasında əməkdaşlığın zərurət olduğunu qeyd edən baş direktor qonaqlara RSXM - də kadr potensialının hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Mərkəzdə təcrübə mübadiləsi keçən tələbələrin Mərkəzin müvafiq elmi şöbələrində aparılan işlərə cəlb ediləcəyini vurğulayan Qurban Yetirmişli qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

AzMİU - nun baş müəllimi  Emil Qafarov Mərkəz rəhbərliyi tərəfindən tələbələrə bilik səviyyələrini artırmaq üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru 

vusalarafiqqizi@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015