AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də Xocalı faciəsinin qurbanları anılıb
Fev 25, 2020 | 03:10 / Konfranslar, iclaslar
Oxunub 81 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RSXM-nin baş direktoru AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Xocalı faciəsi iyirminci əsrdə törədilmiş insanlığa sığmayan ən dəhşətli faciələrdəndir. Erməni daşnaklarının iyirminci əsrin əvvəllərində də azərbaycanlılıra qarşı kütləvi qırğınlar törətdiklərini xatırladan baş direktor Xocalıda törədilən qətliamın bir xalqı, milləti məhv etmək məqsədi daşıdığını deyib. “Bu qırğında ermənilər qoca, qadın, uşaq demədən dinc insanları azərbaycanlı olduqlarına görə qətlə yetirdilər. Orada əsir götürülən insanlara olmazın işgəncələr verilib. 613 nəfər öldürüldü. 25 nəfər uşaq hər iki valideyinini itirdi. 1200-dən çox insan itkin düşdü”.

Baş direktor dünyada yaşayan azərbaycanlıların hər il Xocalı soyqırımına qiymət verilməsi ilə bağlı xarici ölkələrdə aksiyalar keçirdiklərini bildirib. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” kampaniyasının başlandığını qeyd edən Qurban Yetirmişli “Hər il cənab Prezidentimizin rəhbərliyi altında Xocalı faciəsi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir. Bu yürüşlərdə yüz minlərlə insan iştirak edir,  soyqırıma öz etirazlarını  bildirir. Buna baxmayaraq hələ də dünya Xocalı faciəsinə öz lazımi qiymətini verməyib” – deyə vurğulayıb. Azərbaycanın bu gün regionun lider dövləti olduğunu deyən Qurban Yetirmişli işğal edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə əminliyni ifadə edib. 

Daha sonra Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru 

vusalarafiqqizi@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015