AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft və Qaz İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir
Fev 26, 2020 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 84 dəfə

AMEA-nın Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müəssisənin elmi işlər üzrə direktor müavini professor Vaqif Qurbanov tədbiri açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciə barədə xatırlama verib. Bildirilib ki,  soyqırım zamanı 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 487 dinc sakin ağır yaralanıb.

Daha sonra İnstitutun “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin müdiri Fəxrəddin Kərimov çıxış edərək gəncləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri unutmamağa səsləyib.

Rəqsanə Əsgərova İnstitutun Gənc alimlər və mütəxəssislər və Qadınlar şuralarının təşkil etdiyi “Xocalıları tanıyaq” aksiyası  haqqında danışıb.         Sonda söz İnstitutun magistrantı Cəvahir Rəcəbliyə verilib. O, gənclərin Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində gənclərin atmalı olduqları addımlardan bəhs edib.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru 

 

 

 

 

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015