AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də Ümumdünya Mülki Müdafiə günü ilə bağlı tədbir
Fev 27, 2020 | 02:18 / Konfranslar, iclaslar
Oxunub 22 dəfə

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM)  tədbir keçirilib. RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsi və dünya ölkələrində bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışan baş direktorun müavini hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edib. “Ona görə də bizim ölkəmizdə bu sahədə davamlı tədbirlər həyata keçirilir. Bütün təşkilatlarda Mülki Müdafiə qərargahları yaradılır”.

RSXM - nin Mülki Müdafiə Qərargahının  rəisi Cahid Hüseynov çıxışında RSXM-nin Mülki Müdafiə Qərargahı tərəfindən yaradılmış  mülki müdafiə dəstələrinin keçdiyi təlimlər haqqında danışıb. Mülki müdafiə tədbirlərinin Azərbaycanda dövlət səviyyəsində həyata keçirildiyini qeyd edən MMQ rəisi sahəsindən asılı olmayaraq bütün iş yerlərində belə təlimlərin keçirilməsinin zərurət olduğunu deyib.

Tədbirdə Mülki Müdafiə tədbirlərinə dair videoçarx nümayiş etdirilib. Həmçinin zəlzələ zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dair məlumatlar verilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail:  vusale-777@mail.ru    

vusalarafiqqizi@gmail.com 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015