AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Dissertasiya işinin seminar müzakirəsi keçirilib
Fev 26, 2020 | 02:39 / Konfranslar, iclaslar
Oxunub 25 dəfə

GGİ-də Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuraları nəzdində elmi seminarın təşkili qaydası”na uyğun olaraq növbəti dissertasiya işinin müdafiəsi keçirilib.

Tədbiri elmi şuranın sədri, GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq bildirib ki, hazırki müzakirə Geologiya və Geofizika İnstitutu nəzdindəki ED 1.01 dissertasiya şurasının 2521.01 – «Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı» ixtisas şifrli elmi seminarında AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Aytən Hüseynovanın «Изотопная геохимия флюидов грязевых вулканов Шамахы-Гобустанского и Нижнекуринского районов в связи с оценкой перспектив нефтегазоносности» mövzusunda (elmi rəhbər akademik İbrahim Quliyev) dissertasiya işinə həsr olunur.

Sonra iddiaçı Aytən Hüseynova «Изотопная геохимия флюидов грязевых вулканов Шамахы-Гобустанского и Нижнекуринского районов в связи с оценкой перспектив нефтегазоносности» mövzusunda dissertasiya işinin xülasəsi ilə iştirkçıları tanış edib. Bildirib ki, Şamaxı-Qobustan və Aşağı Kür rayonlarının palçıq vulkalarının izotop - geokimyəvi parametrlərinin və kompleks məlumatlara əsasən flüidlərin əmələgəlmə şəraitlərinin dəyişiklik müntəzəmliyinin aşkar edilib.Təqdiqat rayonu ərazisində palçıq vulkanları flüidlərinin palçıq vulkanlarının yerləşməsi, stratiqrafik intervallara bağlılığı, kompleks geokimyəvi xassələri və flüidlərin formalaşma temperaturu kimi müxtəlif göstəricilərinin alınması, təhlili və müqayisəsi əsasında dayazda olan karbohidrogen potensialının yenidən qiyətləndirilməsi əsaslandırılıb.

Seminarda rəyçilər- g.m.e.n. Adilə Kabulova və f.- r.e.d.doktoru, dosent Qalina Martınova dissertasiya işi barədə çıxış edərək irad və təkliflərini bildiriblər.  İddiaçı rəyçilərin çıxışında deyilmiş məsələlərə aydınlıq gətirib. Bundan sonra Aytən Hüseynova elmi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Gizli səsvermədən sonra elmi seminar nəticələrə əsaslanaraq qərara alıb ki, «Изотопная геохимия флюидов грязевых вулканов Шамахы-Гобустанского и Нижнекуринского районов в связи с оценкой перспектив нефтегазоносности» mövzusunda dissertasiya işi müdafiə üçün ixtisaslaşdırılmış elmi şuraya təqdim edilsin.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015