AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də “YER FİZİKASI” seksiyasının seminarı
Fev 27, 2020 | 04:47 / Konfranslar, iclaslar
Oxunub 103 dəfə

“Yer fizikası” seksiyanın seminarını seksiyanın sədri AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Sonra Mühəndis geofizikası” şöbəsinin böyük laborantı, Bakı Dövlət Universitetinin II kurs magistrantı Elnur Qasımovun “Bibiheybət  braxiantiklinalının şərq qanadında baş vermiş sürüşmə hadisəsinin elektrik kəşfiyyatı üsulu ilə tədqiqi (Badamdar sahəsi)” mövzusunda dissertasiya işinin “Yer fizikası” seksiyasının seminarında müzakirəsi keçirilib.

Mövzu üzrə məruzə edən E.Qasımov dissertasiya işinin xülasəsi ilə iştirakçıları tanış edib. Bildirib ki, geofiziki tədqiqatlar Bakı şəhərinin qərb tərəfində yerləşən Batamdar qəsəbəsi ərazisində, Bibiheybət braxiantklinalının şərq yamacında baş vermiş sürüşmə sahəsinin tədqiq edilməsi və  sürüşmə sahəsinin geoloji kəsilişin mühəndisi geofiziki şəraitin öyrənilməsi məqsədilə aparılıb. Elektrik kəşfiyyatının simmetrik şaquli elektrik zondlama üsulu ilə sürüşmə sahəsinin və sürüşmə ətrafında tədqiqatların aparılmasının ilk dəfə olduğunu nəzərə alaraq seçilmiş bir neçə müşahidə nöqtəsində təcrübi ölçmələr həyata keçirilib. Ərazidə aparılmış geofiziki tədqiqat işlərinin nəticəsində toplanmış məlumatlar sürüşmə prosesi baş vermiş ərazinin mühəndisi geofiziki şəraitinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Bundan sonra E.Qasımov seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Daha sonra mövzu ətrafında çıxışlar olub. Seminarda t.e.f.d Rauf Muradov və y.e.d, dosent Qulam Babayev məruzə barədə çıxış edərək irad və təkliflərini bildiriblər.

Sonda qərara alınıb ki, “Bibiheybət  braxiantiklinalının şərq qanadında baş vermiş sürüşmə hadisəsinin elektrik kəşfiyyatı üsulu ilə tədqiqi (Badamdar sahəsi)” mövzusunda dissertasiya işinin məruzəsi qəbul edilsin, irad və təkliflər nəzərə alınaraq müdafiəyə təqdim edilsin.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015