AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Təbiət abidələri turizm obyekti kimi müzakirə olunub
Mart 06, 2020 | 10:05 / Konfranslar, iclaslar
Oxunub 131 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Böyük Qafqazın cənub-şərq hissəsinin təbiət abidələri və onların geoturizm potensialının qiymətləndirilməsi” mövzusunda məruzəsi  dinlənilmişdir.

Təqdimatdan məqsəd Azərbaycanın təbiət abidələrinin kompleks tədqiqinə diqqətin artırılması, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə, ölkəmizdə eko və geoturizmin inkişafına dəstək və ərazidə mövcud olan təbiət abidələrinin geoturizm obyekti kimi qiymətləndirilməsi olmuşdur.

Müəllif Siyəzən rayonunda yerləşən və Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağını və Xızı rayonu ərazisində yerləşən “bəzəkli”  dağları tədqiqat obyekti kimi götürmüş və həmin təbiət abidələrinin turistlər üçün cəlbedici olmasını əsaslandıraraq, diqqəti onların geoloji dövrlərdə əmələ gəlməsinə və formalaşması xüsusiyyətlərinə, tektonik, litoloji,  struktur, geomorfoloji və s. özəlliklərinə yönəltmişdir.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015