AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunun əməkdaşına AMEA-nın fəxri fərmanı təqdim edilmişdir
Mart 06, 2020 | 10:01 / Konfranslar, iclaslar
Oxunub 127 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının elmi və içtimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA Neft və Qaz İnstitutunun “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya elmləri namizədi Kamilə Ağayeva AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Fəxri Fərmanı Kamilə Ağayevaya AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev təqdim etmişdir.

Neft və Qaz İnstitutunun rəhbərliyi və kollektivi Kamilə xanımı təbrik edir, ona möhkəm cansağlığı və yeni elmi nailiyyətlər arzu edir.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015