AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft və Qaz İnstitutunun gənc əməkdaşları və magistrantları beynəlxalq elmi konfransda iştirak ediblər
Mart 06, 2020 | 10:08 / Konfranslar, iclaslar
Oxunub 33 dəfə

Neft və Qaz İnstitutunun gənc əməkdaşları və magistrantları martın 3-5-də  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfransda iştirak ediblər. SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə baş tutmuş tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

Beynəlxalq konfransda Cəvahir Rəcəbli  “Qalmaz sahəsində kollektorların çöküntü toplanma xüsusiyyətləri və eyniadlı qaz anbarının hermetikliyinin qiymətləndirilməsi”, Aysel Məmmədova “Cənubi  Xəzər çökəkliyinin şimali-qərb hissəsinin mezokaynozoy çöküntülərinin kollektor xüsusiyyətləri”, Gülnarə Əlizadə “Palçıq vulkanizmi və karbohidrogenlərin miqrasiyası”,  Pünhan Səmədli “Xərə-Zirə yatağının geoloji quruluşu və petrofiziki üsullarla neft-qaz kollektorluğunun proqnozlaşdırılması”, Nurlana Quluyeva “Xızı neftli-qazlı rayonunda mezozoy çöküntülərinin neft-qaz perspektivliyi”, İsmayıl İsmayılov “Pirallahı neft yatağının Məhsuldar Qat çöküntülərinin geoloji və petrofiziki xüsusiyyətəri” Zülfüqar Ağayevin “Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji quruluşunun xüsusiyyətləri” mövzusunda məruzə edib.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015