AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları fəxri fərmanla təltif ediliblər
Mart 16, 2020 | 02:29 / Konfranslar, iclaslar
Oxunub 16 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə mərkəz rəhbərliyi tərəfindən təltif olunmuş əməkdaşlarının Fəxri Fərmanları, eləcə də Gənc Alim və Mütəxəssislərin II Beynəlxalq Elmi konfransında iştirak edən 11 gənc əməkdaşın sertifikatları təqdim edilib. 

Məlum səbəblərdən məhdud çərçivədə keçirilən tədbirdə RSXM-nin Seysmoloji materialların təhlili və təfsiri şöbəsinin əməkdaşı Mehrac Məmmədovanın 70 illik yubileyi də qeyd edilib.

Mehrac Məmmədovanın 40 ildən çoxbseysmologiya sahəsndə çalışdığını bildirən RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun öz işinin öhdəsndən hər zaman gəldiyini, kollektivdə nüfuz sahibi  olduğunu deyib. Mehrac Məmmədovanı təbrik edən  baş direktor ona xoş arzularını ifadə edib.

Novruz bayramı ərəfəsində Mərkəz əməkdaşlarının çoxsaylı təltiflər almasını təqdirəlayiq hal hesab edən RSXM-nin baş direktoru deyib ki, dünyada pandemiyaya çevrilən koronavirusla bağlı Azərbaycan höküməti tərəfindən vətəndaşların virusdan qorunması ilə bağlı hər cür tədbir görülür.

Sonda Qurban Yetirmişli qarşıdan gələn Novruz bayramı münasibəti ilə kollektivi  təbrik edib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015