AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İinstitutu ilə Skolkovo Elm və Texnologiya İnstitutu arasında müqavilə imzalanmışdır
Mart 17, 2020 | 02:20 / Konfranslar, iclaslar
Oxunub 20 dəfə

Neft və Qaz İnstitutu ilə Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. İmzalanan saziş çərçivəsində tərəflər neft sektorunda həm Azərbaycanda, həm də Rusiyada perspektivli layihələrin hazırlanmasına və yeni imkanların müəyyənləşdirilməsinə yönəldiləcək uzunmüddətli tərəfdaşlığa ümid edirlər.

Bununla bağlı aşağıdakı sahələrin inkişafı planlaşdırılır:

  • Qafqaz regionunun və Xəzər dənizi akvatoriyasının çöküntü kompleksinin neft geologiyasının, stratiqrafiyasının və geokimyasının fundamental və tətbiqi problemlərinin həlli;
  • ekspedisiya işlərinin, laboratoriya tədqiqatlarının, elmi-praktiki konfransların, seminarların, görüşlərin, mühazirələrin tərəflər üçün ən əlverişli rejimdə təşkili;
  • qeyri-ənənəvi və çıxarılması çətin olan karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi məqsədilə quyulardan və yer səthinə çıxışlardan götürülmüş çökmə süxurların litoloji və üzvi-maddənin geokimyəvi tədqiqatlarının aparılması.

Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

Tel.: +99470 977 47 78 (Könül Abbasova)

E-mail: konulabbas777@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015