AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Akademik Əhəd Yaqubov Azərbaycanda palçiq vulkanizmi elminin banisidir” kitabı nəşr edilib
Mart 17, 2020 | 02:43 / Yeni nəşrlər
Oxunub 158 dəfə

“Elm” nəşriyyatında çap edilmiş kitabın elmi redaktoru akademik Arif  Əlizadə, tərtibçiləri geologiyaya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanodur.

Əsər Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı əsasında akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərə uyğun olaraq  hazırlanmışdır.

Kitabda  ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin Fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr olunan yubiley yığıncağında (14 iyun 2018-ci il) edilən çıxışların mətnləri, onun haqqında ailə üzvlərinin və tələbələrinin xatirələri verilib.

Kitaba akademikin müəllifi olduğu və dünya geoloji ictimaiyyətində böyük əks-səda doğuran Azərbaycanın palçıq vulkanları” atlasına görkəmli alimlərin və mütəxəssislərin  yazdıqları  rəylər  əlavə olunub.

Kitabın sonunda akademik Əhəd Yaqubovun elmi, pedaqoji və dövlət qulluğunda fəaliyyətini  əks etdirən fotoşəkillər yerləşdirilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015