AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-nin direktor müavini ARB tv-yə ildırım çaxması mövzusunda müsahibə verib
İyn 01, 2020 | 11:20 / Konfranslar, iclaslar
Oxunub 63 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini  dosent Məhərrəm Həsənov Azərbaycanda göy gurultusu, ildırım çaxması kimi təbiət hadisələri haqqında ARB televiziya kanalına müsahibə verib.

Alim müsahibəsində vurğulayıb ki, son 25 - 30 il ərzində həm Yer kürəsində, həm də Azərbaycanda iqlim dəyişmələri nəticəsində təbiət hadisələrinin intensivliyi və gücü artıb. Araşdırmalara görə ölkəmizdə göy guruldaması, şimşək çaxması kimi xarakterik ərazilər Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qax, Qəbələ və s. rayonlarıdır.  Alim  qeyd edib ki, bu hadisələrin törədə biləcəyi fəsadların qarşısını almaq üçün çoxmərtəbəli binaların üstündə ildırımötürücüləri quraşdırılır ki, bunlar elektrik cərəyanını  yerə ötürür.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015