AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyaçı alim Türkiyədəki Xəzər gölünün etimologiyasını araşdırıb
İyn 03, 2020 | 09:03 / Maraqlı məlumatlar
Oxunub 74 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev  “İKİNCİ XƏZƏR GÖLÜ: onu Xəzər dənizi ilə bağlayan nədir?” adlı məqalə ilə respublika mətuatında çıxış edib.

Elmi fəaliyyətində Azərbaycan  toponimlərinin  tədqiqinə mühüm yer ayıran alim koronovirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə Turkiyənin Xəzər gölünün etimologiyası ilə maraqlanmış, bununla əlaqədar araşdırmalar aparmışdır. Müəllif eyni konkret məkanda iki coğrafi obyektin adında “Xəzər” sözünün mövcudluğunun onların xəzər tayfaları ilə mütləq şəkildə əlaqəli olmasına şübhə etmir, xəzərlərin bu yerlərə haradan və necə gəlib çıxmaları haqqında mülahizələr  yürüdür.

Xəzər dənizi ilə Türkiyə ərazisindəki  Xəzər gölü arasında fiziki bağlılığın olmadığını bildirən R.Fətəliyev  diqqəti hər ikisinin Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış qədim xəzər tayfalarının adı ilə bağlı olduğuna yönəldir.

Sonda tədqiqatçı yazır: “Hər bir toponim tarixin kodlaşdırılmış yaddaş səhifəsidir, onların açılması, öyrənilməsi tariximizin doğru-düzgün yazılmasında və milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm əhəmiyyət kəsb edir, xüsusilə indiki dövrdə, Qarabağ uğrunda gedən mübarizə şəraitində. Buna görə də  qədim toponimlərin multidissiplinar səviyyədə mütəxəssislər tərəfindən araşdırılmasına ciddi ehtiyac var, çünki belə faktlar ölkəmizin ərazisinin əzəli türk torpaqları olmasını düşmənə sübut etmək üçün ən təsirli mənəvi silah, dünya ictimaiyyətini inandırmaq üçün isə etibarlı mənbədir”.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015