AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Xızı dağları ərazisində turizm obyektlərinin yaradılması məqsədəuyğun sayılır
İyn 08, 2020 | 08:35 / Konfranslar, iclaslar
Oxunub 182 dəfə

H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Sputnik az. saytına Xızı dağları haqqında maraqlı məlumatlar verib.

Bu dağları tədqiq etməklə Xızının tarixi, keçmişi haqqında məlumatlar toplamağın mümkünlüyünü qeyd edən tədqiqatçı Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşən və bir-birinə bənzəsə də, təkrarlanmayan bəzəkli Xızı dağlarının geoloji mənşəyi, tərkibi, qırmızı rəngə çalmasının səbəbi haqqında danışıb. O bildirib ki, bu rəngli dağlar Mezozoy erasının Yura dövrünə aid süxurlardan təşkil olunduğundan  onlara  həm də Yura gilləri də deyilir. Yura gilləri kifayət qədər perium tərkibli kimyəvi elementlərlə seçildiyi üçün həmin süxurların qırmızı rəngə çalmasına səbəb olub.

Rəngli dağ yamaclarında layların müxtəlif konfiqurasiyalar əmələ gətirdiyini qeyd edən alim vaxtilə dağ əmələgəlməsində layların qırışlarla yox, blokvari bir-birinin üzərinə hərəkət etməsi nəticəsində qədim süxurların  üstdə, cavan süxurların isə alt hissədə yatdığını diqqətə çatdırıb. O həm də bildirib ki, turizmin inkişafı baxımından bu əsrarəngiz məkanda turizm obyektlərinin yaradılması məqsədəuyğun olardı.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015