AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika İnstitutu əməkdaşlarının elmi nəticələri İstanbul Texniki Universitetinin onlayn seminarında müzakirə edilmişdir
İyn 08, 2020 | 10:02 / Konfranslar, iclaslar
Oxunub 187 dəfə

Geologiya və Geofizika İnstitutu Yer Fizikası Bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və İtaliyalı professor Luçiano Teleska ilə birlikdə “Pure and Applied Geophysics” jurnalında dərc edilmiş “Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” adlı məqalə İstanbul Texniki Universitetinin (İTÜ) Geologiya Mühəndisliyi kafedrasında onlayn seminarında müzakirə edilib. Məqaləni İTÜ-nün Geologiya Mühəndisliyi ixtisası üzrə təhsil alan magistr Mühəmməd Namazlı təqdim etmişdir.

Məqalədə müasir yanaşmalara və üsullara əsaslanan hesablamalar, tərtib olumuş modellər və xəritələr tələbə və müəllim heyəti tərəfindən ətraflı şəkildə təhlil olunmuşdur və açıq müzakirə edilmişdir. Mövzu İTÜ-nun Geologiya Mühəndisliyi kafedrasının müəllim-professor heyəti tərəfindən maraqla qarşılanmışdır.

 Professor Nilgün Okay başla olmaqla İTÜ-nun professor heyəti tədqiqatın bölgənin seysmoaktiv baxımından aktual olması haqqında bir neçə seysmik amil irəli sürmüşdir. Məruzəçi qeyd etmişdir ki, məqalədə istifadə olunan müasir üsullar vasitəsilə müxtəlif seysmik əmsallarda daha dəqiq zəlzələ ssenarilərinin qurulması ərazinin seysmik cəhətdən qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir. Həmçinin vurğulanmışdır ki, bölgədə son zamanlar zəlzələlərin baş verməsi, müasir deformasiya proseslərinin daimi öyrənilməsinin, tədqiqatların davamlı şəkildə aparılmasının  zəruriliyi hər zaman aktualdır. Bu da öz növbəsində Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarında gələcəkdə gözlənilən zəlzələlərin mənfi təsirinin azaldımasına və göstərə biləcəyi təsirlərin qiymətləndirilməsinə xidmət edəcək.

Seminarın sonunda belə bir qənaətə gəlinib ki, bu istiqamətdə birgə tədqiqatlar  regional miqyasda daha böyük nəticələrə nail olmağa imkan yaradacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015