AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Akademik iqlim şəraiti lə bağlı açiqlama verib
İyn 09, 2020 | 08:43 / Konfranslar, iclaslar
Oxunub 163 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov  Azərbaycanda gözlənilən isti iqlim şəraiti ilə əlaqədar açıqlama verib.

Alim Trend.az saytına müsahibəsində  biıdirib ki, son 40 il Azərbaycanda ən isti dövr hesab olunur. Azərbaycanın dağlıq ölkə olması,  iqlim zonasının müxtəlifliyinə görə ölkədə temperatur artmaları ərazi boyunca bərabər (0,2 -dən 1,50 С) paylanmayıb.

R.Məmmədov daha sonra vurğulayıb: “Azərbaycanda maksimal temperatur Culfada (+46 C), minimal temperatur dağlıq ərazilərdədir (-40 С). Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb. Biz buzlaqlar arası dövrdə yaşayırıq. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz edib. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikl də (holosen) daxil olmaqla, indiyədək 6 iqlim sikli baş verib”.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015