AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Akademik İTV-də Kür çayında yaranan problemlərdən danışıb
İyn 16, 2020 | 10:56 / Müsahibələr, çıxışlar
Oxunub 46 dəfə

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz  Məmmədov İctimai televiziya kanalının  "Sabaha saxlamayaq" verilişinin qonağı olub.

Kür çayında yaranmış problemlərlə əlaqədar Neftçala və Sabirabad rayonlarında ezamiyyətdən yrnicə qayıtmıış akademik mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, çayda suyun azalması nəticəsində Kürün aşağı hissəsində küləyin təsiri ilə su səthində çay suyu dəniz suyu ilə qarışmışdır ki, bu da Kürün axımında relyefin müxtəlifliyi ilə əlaqədar özünü müxtəlif vəziyyətlərdə biruzə verir. Belə ki, bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuş, adalar əmələ gəlmişdir. Yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının səbəblərindən danışan  alim Xəzər dənizi səviyyəsinin qalxıb-enməsi ilə bağlı aşağı axında çayda dib eroziyasının hündürlüyünün tez-tez dəyişməsini və bəzi yerlərdə çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsini, çay yatağında gedən eroziya proseslərinin dəyişməsini,  Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsirini və s. misal gətirib.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015