AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyaçı mütəxəssis bölgədə kənd turizm potensialını tədqiq edib
Avg 26, 2020 | 01:16 / Mühüm hadisələr
Oxunub 299 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib.

Mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçiriblər. Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib. Bəzi turizm abidələrinin lazımı səviyyədə qorunmaması və mühafizəsinin  aparılmaması, ətraf ərazilərdə natəmizliyin hökm sürməsi, kənd əhalisinin  abidələrin hasara alındığı yerlərdə mal-qara otarması diqqətdən yayınmayıb.

Coğrafiyaçı alim qeyd edib ki, bunlara baxmayaraq, tədqiq olunan Mahamalar, Salban, Qabqçöl, Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axını gözlənilir.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015