AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan seysmoloqlarından ordumuza dəstək
Sen 30, 2020 | 01:35 / Konfranslar, iclaslar
Oxunub 32 dəfə

Sentyabrın 27 - də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə qarşı törədilən təxribatla bağlı ordumuzun  düşmənə əks-həmlə zərbələri endirərək, qısa müddətdə 7 kəndimizi və işğal olunmuş ərazilərimizdə strateji mövqeləri tutması bütün Azərbaycan xalqı tərəfindən böyük  sevinclə qarşılandı.

Azərbaycan seysmoloqları ordumuzun tezliklə Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanımızın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər. 

Bu məqsədlə bu gün Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan  Silahlı  Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülmüşdir.

Qələbə bizimlədir!

Qarabağ Azərbaycanındır!

Tanrı bu şərəfli döyüşdə xalqımızı və əsgərlərimizi qorusun!

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015