AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim iqlim dəyişmələri ilə əlaqədar keçirilən virtual görüşdə iştirak edib
Sen 28, 2020 | 01:37 / Görüşlər
Oxunub 29 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov "Azərbaycanda iqlim dəyişmələri nəticəsində sərtləşən təhlükəli hidrometeoroloji proseslərə qarşı erkən xəbərdarlıq xidmətlərinin genişləndirilməsi”  layihəsi çərçivəsində keçirilən virtual görüşün iştirakçısı olub.

Uyğun dövlət idarələri, nazirlik və təşkilatların iştirak etdikləri tədbir Yaşıl İqlim Fonduna (GCF) təqdim edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nın Ətraf Mühıt Proqramı (UNEP) tərəfindən hazırlanan adı çəkilən layihə sənədində əks etdiriləcək fəaliyyətlərin əlaqələndirilməsi, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə keçirilib.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015