AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM Türkiyədə baş vermiş zəlzələni və ondan sonraki afterşokları qeydə alib
Okt 30, 2020 | 10:11 / Konfranslar, iclaslar
Oxunub 30 dəfə

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş vermiş  zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmik Monitorinq Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda baş vermiş təbiət hadisəsi ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib. “Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil, həmçinin qardaş ölkədir. Ulu Öndərimizin dediyi kimi, biz “Tək millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdir. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015