AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
İşğaldan azad olunmuş ərazilərdə geoloji-kəşfiyyat işləri yenidən aparılacaq
Noy 11, 2020 | 11:08 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

“Kiçik Qafqazla əhatə olunan Qarabağ ərazisi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. XX əsrin ikinci yarısında Azərbaycan geoloqları Qarabağ ərazisində bir sıra qara, əlvan və nəcib metal, karbohidrogen, habelə müxtəlif növ tikinti materialı yataqlarını kəşf edib”.

Bunu  GGİ seksiya rəhbərinin müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Musa Məmmədov bildirib.

Alim deyib ki, Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi, burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların aparılmasına zəmin yaranıb. Onun sözlərinə görə, sözügedən bölgədə 160-dan çox müxtəlif qiymətli metal yataqlarını Ermənistan siyasi rəhbərliyi qanunsuz olaraq kortəbii istismar edib.

Geoloq onu da vurğulayıb ki, 30 ilə yaxın müddətdə işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparmaq üçün akademiya alimlərinin üzərinə böyük vəzifə düşür.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015