AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin əməkdaşı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib
Dek 25, 2020 | 11:22 / Mühüm hadisələr
Oxunub 56 dəfə

Prezident İlham Əliyev dekabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Təltif edilmiş hərbiçilər arasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Haxıyev Sadiq də var.

Qeyd edək ki, baş leytenat Sadiq Haxıyev Cəbrayıl, Qubadlı, Zəngilan rayonları uğrunda gedən ağır döyüşlərdə yanında minomyot partlaması nəticəsində iki gün eşitmək və danışıq qabiliyyətini itirib. Ancaq buna baxmayaraq, zabitimiz Şuşanın azad olunması uğrunda döyüşlərə də qatılaraq torpaqlarımızın düşmən tapdağından azad olunmasında yaxından iştirak edib.

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevlə və qəhrəman döyüşçülərimizlə fəxr edir, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad edirik!

Qarabağ Azərbaycandır!

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru 

vusalarafiqqizi@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015