Dek 18, 2020 | 11:25 / Yeni nəşrlər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri) elmi jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Jurnalda Azərbaycan ərazisində aparılmış kompleks seysmoloji - geofiziki və geodinamik tədqiqatların nəticələrinə dair məqalələr əksini tapmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatında olan jurnal ildə iki dəfə ingilis dilində nəşr edilir. Dünyanın bir çox tanınmış seysmoloq alimləri jurnalın redaksiya heyətinin üzvüdürlər.
Jurnalın yeni nömrəsindəki məqalələrlə aşağıdakı linkə daxil olmaqla tanış olmaq mümkündür:
http://www.seismology.az/journal/files/articles/Seysmologiya_jurnali-2020.pdf
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi
Əlaqə: 012492-34-57
E-mail: vusale-777@mail.ru