AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM - də 2020-ci ildə görülən işlər müzakirə edilib
Dek 08, 2020 | 11:32 / Konfranslar, iclaslar
Oxunub 45 dəfə

Azərbaycan  Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi - Texniki Şurasının iclası keçirilib. İclasda mərkəzdə 2020-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair illik hesabatlar təqdim edilib. RSXM-nin Elmi - Texniki Şurasının üzvüləri və AMEA Yer Elmləri bölməsi rəhbərinin müavini, Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov iclasa Zoom platforması üzərindən onlayn şəkildə qatılıblar. 

AMEA nəzdində  RSXM - nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli bu il COVİD-19 virusu ilə bağlı illik hesabatların müzakirəsinin ənənəvi formada keçirilmədiyini qeyd edib. Baş direktor müzakirələrə keçməzdən əvvəl Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi və xalqımızın əldə etdiyi qələbədən danışıb. Vətən müharibəsində Azərbaycan seysmoloqlarının da iştirak etdiyini qeyd edən baş direktor əməkdaşları Qələbə münasibəti ilə təbrik edib. Həmçinin o, qeyd edib ki, müharibədə  RSXM - nin iki əməkdaşının övladları şəhid olublar. Vətən uğrunda həlak olan bütün şəhidlərimizin xalqımız üçün hər zaman əziz olduğunu qeyd edən baş direktorun təklifi ilə Vətən müharibəsinin şəhidlərinin xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mərkəzin elmi və elmi - istehsalat işlərinə dair müvafiq şöbələr üzrə hesabatlar təqdim edilib. 

Mərkəzin “Zəlzələlərin tədqiqatı bürosu” nun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru S.İsmayılova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri,  g-m.üzrə f.d., dosent S.Kazımova “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, "Seysmoloji materialların təhlili və təfsiri" şöbəsinin müdiri R. Abdullayeva “Seysmik məlumatlar əsasında zəlzələlərin xəbərverici əlamətlərinin tədqiqi”, Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, g-m.üzrə f.d., dosent E. Qaravəliyev “Makroseysmik tədqiqatlar”, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma"  şöbəsinin müdiri  Z.Əliyeva “Mühəndis - seysmoloji tədqiqatlar”, “Episentral” şöbənin müdiri H.Tahirov “Episentral işlər”, "Maqnitometriya" şöbəsinin müdiri,  g-m.e.d. H.Vəliyev “Maqnometrik tədqiqatlar”, “Qravimetriya” şöbəsinin müdiri E.Bağırov “Qravimetrik tədqiqatlar”, "Geodinamika" şöbəsinin müdiri,  g-m.üzrə f.d.,  dosent  İ.Kazımov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası”, “Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri,   g-m.e.d. R.Kərəmova “Kompleks geokimyəvi tədqiqatlar” mövzusunda elmi hesabatlarını təqdim ediblər. 

İclasda “İnformasiya” şöbəsinin müdiri V.Rafiqqızı, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri T. Cəfərov,  “Tədris” şöbəsinin müdiri G.Alxanova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri A.Ağazadə, RSXM - nin Həmkarlar Təşkilatının sədri E.Qaravəliyev il ərzində görülən işlərə dair illik hesabatlarını təqdim ediblər. Təqdm edilən hesabatlar müzakirə edildikdən sonra  Elmi-Texniki Şura üzvüləri tərəfindən müsbət qiymətləndirilərək, qəbul edilib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru 

vusalarafiqqizi@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015