AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Mütəxəssislərimizin Mingəçevir ətrafında texnogen gərginlik probleminə aid məqaləsi “Elm və Həyat” jurnalında
Fev 09, 2021 | 11:34 / Konfranslar, iclaslar
Oxunub 29 dəfə

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin və Geologiya və Geofizika İnstitutunun əməkadaşı Tariyel Hüseynovun “Mingəçevir şəhəri ətrafinda mövcud texnogen gərginlik təxirə salinmaz tədbirlərin görülməsini zəruri edir” elmi məqaləsi “Elm və həyat” jurnalının son nömrəsində dərc edilmişdir. Məqalə ölkənin təhlükə potensiallı obyektlərin sırasına daxil olan, eyni zamanda strateji əhəmiyyətli dövlət obyektlərinin (Mingəçevir SES AzDRES) yerləşdiyi Mingəçevir şəhər ərazisinin mövcud texnogen təhlükələrlə bağlı problemlərə həsr olunub.

İbrahim Quliyev və Tariyel Hüseynov yazıda diqqəti ona yönəldirlər ki, həyat mənbəyi olan su mənbələrinə ölkəmizdə sudan istifadə və ona nəzarət vahid mərkəzdən idarə olunmur. Müəlliflər araşdırmalara əsaslanıb nümunə kimi qeyd qeyd edirlər ki, 1953-cü ildə istismara verilmiş Mingəçevir su anbarının hazırki texniki bu obyektin yuxarısında kaskad şəkildə bir - biri ilə əlaqəli olan Şəmkir və Yenikənd su anbarlarının bəndlərində baş verə biləcək hər hansı hadisə güclü dalğanın yaranmasına səbəb ola bilər və onun bəndinin dayanıqlığına mənfi təsir göstərə bilər. Mingəçevir su anbarı SSRİ dövründə Azərbaycan Su Təsərrüfatı Nazirliyinin balansında olmuşdur. Nazirlik ləğv olunduqdan sonra mühüm dövlət əhəmiyyəti kəsb edən və təhlükə potensiallı bu obyekt hazırda heç bir təşkilatın balansına götürülməyib. Nəticədə ölkənin bir çox su mənbələrinin texniki durumu qəzalı vəziyyətdədir. Real vaxt rejimində xüsusi vericilərlə (ekstenzometrlər, inklinometrlər, pyezometrlər, geofonlar və s.) və sürüşmə təhlükəsi haqqında müvafiq erkən xəbərdaretmə qurğuları ilə təchiz edilmiş avtomatik nəzarət sistemlərindən istifadə edilmir.

Göstərilən çoxsaylı problemlərin həlli məqsədilə kompleks araşdırmaların, o cümlədən, bəndlərin dayanıqlığının qiymətləndirilməsi, zəruri olan tədbirlər planının hazırlanması, hidrotexniki qurğuların vəziyyətinə nəzarət etmək məqsədilə nəzarət-ölçü cihazlarının quraşdırılması, seysmoloji müşahidə şəbəkəsinin qurulması və dalğalanmadan yaranan vibrasiyasının öyrənilməsi, texniki nəzarət üzrə yerli mütəxəssislər üçün təlimlərin keçirilməsi, müasir avadanlıqlardan istifadə edərək topogeodeziya, mühəndis-geoloji, hidroloji, geofiziki, batimetriya, aerofotoşəkil tədqiqatlarının, müxtəlif növ müayinələrin aparılması zəruridir.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015