AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft Və Qaz İnstitutunda “Elm Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib
Mart 29, 2021 | 11:35 / Konfranslar, iclaslar
Oxunub 28 dəfə

AMEA Neft və Qaz İnstitutu 27 Mart - Elm Günü münasibətilə elmi işlər üzrə direktor müavini, g.-m.e.d., professor Vaqif Qurbanovun başçılığı ilə onlayn formatda elmi seminar keçirib.

Tədbirdə İnstitutun elmi katibi, şöbə müdirləri, bu elm müəssisəsinin alimləri və gənc mütəxəssisləri iştirak ediblər.

Professor Vaqif Qurbanov  seminar iştirakçılarını Elm günü münasibətilə  təbrik etdikdən sonra  Azərbaycanda bu əlamətdar günün keçirilməsi tarixindən, ölkədə elmin inkişafı durumundan danışıb,  gənc elmi kadrların hazırlanması məsələsinin aktual olduğunu vurğulayıb. İnstitutda, eləcə də AMEA strukturunda  gənc alimlərin hazırlanması məsələsinin prioritet vəzifə olmasını diqqətə çatdıran V.Qurbanov tədbirdə gənclərin çıxışlarının önəmini diqqətə çatdırı.

Elmi seminarda II kurs magistrantları İsmayıl İsmayılov “Pirallahı strukturunun geoloji quruluşu: tektonikası və stratiqrafiyası” və  Zülfüqar Ağayev “Ətraf mühitin qorunmasında  Azərbaycanın dövlət siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Sonra məruzələr ətrafında müzakirələr aparılıb və gənclərin tqdimatları  yüksək qiymətləndirilib.

Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

Tel.: +99470 977 47 78 (Könül Abbasova)

E-mail: konulabbas777@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015